ABŞERON 915 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN

EMULSİYA KONSENTRAT (EC)
QRUPU | K3,15 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 915 g/L S-Metolachlor + 45 g/L Benoxacor (Safener)

İstifadə olunduğu bitki və yabanı otlar:

Bitkinin adı: PAMBIQ

Yabanı otun adı:

Topalaq (Cyperus rotundus)
Quş darısı (Echonochloa crus-galli)
Qara tərə (Amaranthus albus)
Meşə pərpətöyünü (Portulaca oleraceae)
Ağımtıl tərə (Chenopodium album)

İstifadə dozası və dövrü: 1,5 L / ha əkindən əvvəl torpağa qarışdırılır

Dərmanın istifadəyə hazırlanması:

Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir.

Kalibrasiya:

Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək qarışım miqdarı düzgün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

Dərmanlama alətinin təmizlənməsi:

Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

Dərmanın istifadə qaydası:

ABSHERON 915 EC, pambıqda topalaq ilə dar yarpaqlı və bəzi geniş yarpaqlı yabanı otların mübarizəsində istifadə olunan bir herbisiddir.

ABSHERON 915 EC pambıq əkin sahələrinə əkindən əvvəl pulverizasiya edilərək üst torpaq təbəqəsinə (5 sm-ə qədər dərinliyə) qarışdırılaraq istifadə olunan, Topalaq (Cyperus spp.) başda olmaqla bir illik dar yarpaqlı yabanı otları, həmçinin bəzi geniş yarpaqlı yabanı otları da təsiri altında saxlayan, torpaqdan yüksək təsirə malik, selektiv bir yabanı ot dərmanıdır. Yabanı otlar cücərib torpağın üzünə çıxarkən zoğların ucları vasitəsi ilə dərman bitkiyə hopur və beləliklə bitki məhv olur.

Dərmanın müqaviməti ilə bağlı məlumat:

ABSHERON 915 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup K3,15 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün ABSHERON 915 EC eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (K3,15 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

Qarışdırılma şərtləri:

Digər dərmanlarla qarəşdırılması tövsiyyə edilmir.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

ABŞERON 915 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN