ŞİRKƏT HAQQINDA

“Agroline AZ” MMC şirkəti ölkənin kənd təsərrüfatında, keyfiyyəti və məhsuldarlığı artırmaq məqsədilə 15 yanvar 2021-ci ildə fəaliyyətə başlayaraq fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə yüksək xidmət göstərir. Şirkətimiz qısa zaman ərzində Respublikamızın müxtəlif regionlarında 100-dən artıq satış mərkəzləri ilə fermərlərimizə xidmət göstərir.

Məqsədimiz fermərlərin əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmələrini təmin etməkdir. Bu məqsədlə şirkətimiz Rusiyanın “Eurochem”, “Minudobreniya”, “Phosagro”, Gürcüstanın “Rustavi Azot”, Azərbaycanın “Socar Carbamide” şirkətləri ilə əməkdaşlıq yaratmışdır.

Şirkətimiz ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhfəsini verməkdə davam edir.

Şirkətimizin vizyonu, gücünü araşdırmalardan alan və strateji əməkdaşlıq quraraq Respublikamızın bütün bölgələrinə tədarükünü və satış fəaliyyətlərini həyata keçirir.

Qeydiyyat

Online Sifariş Formu

Haqqımızda