GÜBRƏ MƏHSULLARI

NİTROAMMOFOS (NPK 16-16-16) / MİNUDOBRENİYA 50 kq

Qiymət: 0 AZN

Bitkilərin inkişafının müxtəlif mərhələlərində 16% azot, 16% fosfor və 16% kaliumdan təşkil olumuş Nitroammofos gübrəsi məhsuldarlığı artıran, təsirli gübrələrdən biridir. Tərkibindəki komponentlər haqqında qeyd etməliyi ki, azot bitkilərdə yarpaq əmələgəlməsində, fosfor tumurcuqlanmada, kalium isə bitki meyvəsinin yetişməsində rol oynayır. Əsasən payızda şum altına verilir. Bütün bu xüsusiyyətləri xülasə edərək deyə bilərik ki, azot, fosfor və kalium bitkilər üçün lazım olan maddələrin mənimsənilməsini asanlaşdırır. Yüksək texnologiya ilə hazırlanmış Minudobreniya Nitroammofos gübrəsinin istifadəsi bitkilərə müalicəvi təsir göstərir, quraqlığa dözümlülüyünü artırır, bakterial və fungal xəstəliklərə qarşı müdafiə edir.

Nitroammofosun əsas üstünlükləri:

  • Suda yaxşı həll olunur
  • Saxlama müddəti ərzində qranullar bir-birinə yapışmır
  • Məhsuldarlığı 20%-30% artırır
  • 3 aktiv elementi 1 qranulda birləşdirir

Tətbiq qaydaları

Torpağa Nitroammofos verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər komponentə (azot, fosfor, kalium və s.) ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.

Təhlükəsizlik qaydaları

Nitroammofos təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Nitroammofos paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofosu +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Nitroammofoskanı istifadə edərkən vacibdir:

  1. Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
  2. Havakeçirməz torbalarda saxlamaq

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

NİTROAMMOFOS (NPK 16-16-16) / MİNUDOBRENİYA 50 kq

Qiymət: 0 AZN