XƏBƏRLƏR

Fermer kartı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsüvə “Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək.

Nazirlikdən verilən məlumata görə, kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.

Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq. Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.

Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.

Qeydiyyat

Online Sifariş Formu

Fermer kartı