FAYDALI MƏLUMATLAR

Nə üçün gübrədən istifadə edilməlidir?

Gübrə – Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər:

  1. tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr;
  2. tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr;
  3. tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr;
  4. torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr,
  5. təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir. Əkinçilikdə üzvü, mineral, bakterial və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur.

Gübrənin faydaları nələrdir?

Üzvi gübrələr bitkidə hüceyrə bölgüsünü artıraraq, bitkinin böyümə sürətini artırır və bitki daha tez zamanda məhsul verir. Təbii gübrələmə ilə torpağın məsaməli quruluşu və su tutma qabiliyyəti artır, bitki və torpağın quraqlığa qarşı müqaviməti artır. Torpaq səthində sıx bir lifli quruluş meydana gətirərək suyun torpaq səthindən sərbəst olaraq axmasına və buxarlanmasına mane olur, buna görə bitkinin daha az suya ehtiyacı var. Eroziyaya daha davamlı bir torpaq əmələ gəlir. Bitki zərərli həşəratlara və böcəklərə qarşı müqavimət qazanır. Üzvi gübrənin tərkibində olan torpaq üçün lazımlı minerallar sayəsində də torpağı məhsuldar vəziyyətə gətirir. Torpağın hava və su keçiriciliyini artırır. Üzvi gübrə torpağın rəngini tündləşdirir, buna görə torpaq günəş işığını daha çox qəbul edir. Tərkibində azot, fosfor və kalium kimi makro qidalandırıcı maddələr balanslı şəkildə mövcuddur. Torpağa verilən azot miqdarını tarazlı şəkildə bitkiyə paylayır.Torpağı bakterioloji cəhətdən zənginləşdirir.Suyun həll edə bilmədiyi əhəngləri həll edir və ərimə nəticəsində sərbəst buraxılan karbon dioksid fotosintezdə istifadə olunur. (Kükürd ilə gücləndirilmiş üzvi gübrələr üçün etibarlıdır). Torpaqdakı dəmiri bitkinin ala biləcəyi bir forma çevirir.

Qeydiyyat

Online Sifariş Formu

Nə üçün gübrədən istifadə edilməlidir?