SUSPENSİYA KONSENTRATI (SC)
DEFOLİANT (YARPAQ TÖKÜCÜ)
TƏSİREDİCİ MADDƏSİ: 119,75 g/L Thidiazuron + 59,88 g/L Diuron
İSTİFADƏ XƏBƏRDARLIQLARI:
- Dərmanı pambıqdan başqa heç bir mədəni bitkidə istifadə etməyin.
- ARTONİL SC istifadə edilən pambıq tarlasında əkiləcək mədəni bitkilər üçün məhdudiyyətlər:
Kök: 3 ay əkmək olmaz.
Paxlalılar, yonca, kökü və yarpağı yeyilən tərəvəzlər: 2 ay əkmək olmaz.
Taxıl, darı, qarğıdalı: 2 həə əkmək olmaz.
Soğan: 4 ay əkmək olmaz.
Kahı: 9 ay əkmək olmaz.
- 24 saat ərzində yağış yağarsa dərmanlama təkrarlanmalıdır.
- Daha əvvəl Sodium xlor, maqnezium xlor və ya diquat istifadə edilmiş sahədə ARTONİL SC istifadə edilməz.
- Normal şərtlərdə “ARTONİL SC” dərmanlamasından 2 ilə 3 həftə keçdikdən sonra məhsul yığımı uyğundur.
- Ethephon tərkibli Ethephon 720 SL ilə qarışdırıla bilər.
- Digər dərmanlarla qarışdırılmasına ehtiyac yoxdur.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
ARTONİL SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup –; C2 olaraq sinifləşdirilmiş bir defoliant (yarpaq tökücü)dır. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətin inkişafını ləngitmək üçün ARTONİL SC-i eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (–; C2 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
QARIŞDIRILMA ŞƏRTLƏRİ: Digər dərmanlarla qarışdırılmasına ehtiyac duyulmur.