SUSPENSİYA KONSENTRATI (SC)
İNSEKTİSİD + AKARSİD (BÖCƏK VƏ QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 240 g/L Spiromesifen
DƏRMANIN İSTİFADƏ QAYDASI:
PAMBIQDA QIRMIZI HÖRÜMÇƏKLƏR: Zərərlilərlə mübarizə vaxtının müəyyən edilməsi üçün bitkilər 4-6 yarpaqlı olduqları zaman yoxlanılır. Zərərli yalnız sahədən kənarda və ya sahənin müəyyən lokal hissəsindədirsə sadəcə həmin bölgələr dərmanlanmalıdır.
BADIMCAN, POMİDOR VƏ XİYARDA QIRMIZI HÖRÜMÇƏKLƏR: Badımcan, pomidor və xiyarda yarpaq başına 3-5 ədəd canlı qırmızı hörümçək görüldüyündə dərmanlama aparılmalıdır.
POMİDORDA TÜTÜN AĞCAQANADI: Ağcaqanad ilə yoluxmuş olan sahəyə künclərdən daxil olaraq yoxlamalar aparılır. Hər 5 addımdan bir alt, orta və üst yarpaqlar olmaqla 50 yarpaq yığılır. Yarpaq başına 5 sürfə+pupası olduğunda kimyəvi mübarizəyə başlanılır.
QARPIZDA QIRMIZI HÖRÜMÇƏKLƏR: Bostanlarda ilk hesablama çiçəklənmə dövründə əraziyə künclərdən çarpaz daxil
olaraq, 3 addımdan bir bitkinin dib və orta yarpaqlarında qırmızı hörümçək nimfa və yetişkinlərinin sayıları aparılır. Yarpaqlar üzərindəki canlı qırmızı hörümçəkləri lupa ilə sayılaraq qeyd olunur. Ümumi qırmızı hörümçək sayı yarpaq ədədinə bölünür. Bir yarpağa düşən canlı qırmızı hörümçək sayı tapılır. Yarpaq başına orta hesabla 5 ədəd canlı qırmızı hörümçək tapıldığında mübarizəyə başlanılır.
ÇİYƏLƏKDƏ QIRMIZI HÖRÜMÇƏKLƏR:
Erkən dövr dərmanlaması: Qırmızı hörümçəklərin hər il probllemli olduğu çiyələk sahələrində çiyələk və meyvənin yaşıl
dövründə (ilk yetişmiş meyvələr görülmədən əvvəl) qırmızı hörümçəklər görüldüyündə bir dərmanlama aparılmalıdır. Erkən dövr dərmanlaması meyvələrdə ləkə buraxmaması baxımından daha etibarlıdır.
Mövsüm daxilində dərmanlama: Erkən dövr dərmanlaması edilmədiyi hallarda, açıq sahədə yetişdiriln çiyələklər mövsüm başında (Mart sonu – Aprel ayının əvvəli) 3-5 gün aralıqlarla yoxlanılır. Qırmızı hörümçəklər çiyələkdə mövsümün əvvəlində yayılması halında sahəni əhatə edəcək şəkildə bitkinin orta və alt tərəflərindən ən az 50 yarpaq yoxlanılır. Yarpaq başına 15 və daha çox qırmızı hörümçək tapıldığında dərmanlama aparılmasına qərar verilir. Meyvə yığımından dərhal sonra dərmanlama aparılır. Son dərmanalama ilə məhsul yığımı arasındakı müddətə nəzarət edilərək məhsul yığımı edilməlidir.