EMULSİYA KONSENTRATI (EC)
İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 50 g/L Lufenuron
DƏRMANIN XÜSUSİYYƏTLƏRİ VƏ TƏSİR ŞƏKLİ:
FOURWET 5 EC, kitin sintezinin qarşısını almaq təsir mexanizminı malik bir böcək dərmanıdır. Yarpaq qurdlarının sürfələri üzərində təsirlidir. Təmasdan əlavə mədə yolu ilə təsir edir. FOURWET 5 EC dərmanlanmış bitkilərin üzərində qalır, sistematik olmayıb, güclü bir sürfə öldürücü dərmanıdır. Dərmanlanmış sürfə qabıq dəyişdirə bilmir.
DƏRMANIN İSTİFADƏ QAYDASI:
FOURWET 5 EC, ilk dövr və son dövr sürfə üzərində bərabər şəkildə təsirli olmaqla yanaşı, zərərin qarşısının ən
yaxşı şəkildə alınması üçün sürfə sayının dərmanlama üçün uyğun məqama (saya) gəldiyi zaman və ilk dövrlərdə
tətbiq olunması tövsiyyə edilir.
PAMBIQ: Bitki üzrə 0,5 sürfə və ya 25 bitkidə 2 yumurta paketi və ya 2 yuva görüldüyündə dərmanlama aparılmalıdır.
BİBƏR: 100 bitkidə 1-2 yeni açılmış yumurta paketi və ya 4-5 sürfə görüldüyündə dərmanlama aparılmalıdır. Dərmanlama sürfələr dağılmadan aparıldığında daha yaxşı nəticə əldə edilir.
QARĞIDALI: Tarlanı təmsil edəcək şəkildə 5 nöqtədə sıra üzərində yan yana 5 bitki olmaq üzrə cəmi 25 bitki
yoxlanılaraq, sürfələr sayılır. Dərmanlama bitkidə orta hesabla 2 sürfə olduğunda aparılır.
XİYAR (İstixana): 100 bitkidə 1-2 yeni açılmış yumurta paketi və ya 4-5 sürfə görüldüyündə dərmanlama aparılmalıdır. Dərmanlama sürfələr dağılmadan aparıldığında daha yaxşı nəticə əldə edilir.