İSLANA BİLƏN TOZ (WP)
FUNQİSİD (GÖBƏLƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 80% Mancozeb
DƏRMANIN İSTİFADƏ QAYDASI:
ALMA QARALƏKƏSİ: 1-ci dərmanlama: Çiçək gözləri qabaranda (dal sıracası olan yerlərdə 3-5 gün əvvəl); 2-ci
dərmanlama: Çəhrayı rozet tumurcuğu dövründə (çiçəklər ayrı-ayrı görüldüyündə); 3-cü dərmanlama: Çiçək ləçəkləri
70%-80%-i töküldükdə; 4-cü və digər dərmanlamalar iqlim şəraiti xəstəliyin irəliləməsi üçün uyğun olduğu hallarda istifadə olunan dərmanın təsir müddətləri diqqətə alınaraq tətbiq edilməlidir.
ALMA MƏMƏLİ PAS: 1-ci dərmanlama: Çiçək tumurcuqları açıldıqdan sonra (qırmızı rozet dövrünün başlanğıcında),
2-ci dərmanlama: Çiçək ləçəkləri tamamən töküldükdə, 3-cü dərmanlama: 2-ci dərmanlamadan 15 gün sonra
aparılmalıdır.
ÜZÜM MİLDİYÖ: İlk dərmanlama zoğlar 25-30 sm olduqda dərmanlama aparılmalıdır. 2-ci və sonrakı dərmanlama 1-ci
dərmanlamanın müddəti və xəstəliyin inkişaf etməsi halında, metereoloji amillər nəzərə alınaraq 10-15 gün ara ilə dərmanlama aparılır.
ÜZÜM ÖLÜ KOL: Yaz dərmanlaması: 1-ci dərmanlama: Zoğlar 2-3 sm olduqda, 2-ci dərmanlama: Zoğlar 8-10 sm
olduqda, 3-cü dərmanlama: Zoğlar 25-30 sm olduğu dövrlərdə aparılmalıdır.