SUNSTAR 330 EC / SUNSET KİMYA 5 lt

Qiymət: 0 AZN

EMULSİYA KONSENTRATI (EC)
HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 330 g/L Pendimethalin

DƏRMANIN İSTİFADƏ QAYDASI:

PAMBIQ VƏ GÜNƏBAXAN: Ən yaxşı nəticə əkindən əvvəl torpağa qarışdırılaraq dərmanlanması ilə əldə edilir. Əkindən əvvəl tarla pulverizator ilə dərmanlama aparılır. Dərmanlamadan sonra 4 gün müddətində disk, rotoiller və ya dırmıq ilə 5-8 sm dərinliyində qarışdırılmalıdır. Bu müddət ərzində 10 mm yağış yağarsa, torpağa qarışdırılması zəruri deyil. Pambıqda digər dərmanlama üsulu əkini təqib edərək 5 gün müddətində çıxışdan əvvəl dərmanlamadır.

KARTOF və QARĞIDALI: Əkindən sonra, çıxışdan əvvəl (pre-emergens olaraq) torpaq səthinə dərmanlama aparılır. Toxumun əkmə dərinliyi 4-5 sm olmalıdır.

SOĞAN: Çıxışdan əvvəl (pre-emergens) istifadə edildiyi kimi, soğan bitkilərinin 2 yarpaqlı dövründən sonra da istifadə edilə bilər.

POMİDOR: Şitillər dərmanlamadan sonra 2-6 gün ərzində əkilməlidir. Şitil əkini ərəfəsində bitki mühafizə vasitəsinə bulaşmış torpaq təbəqəsinin köklərə təmas etməməsinə diqqət edilməlidir.

Quraq dövrlərdə SUNSTAR 330 EC ilə dərmanlamadan sonra 3-7 gün ərzində 5-10 mm sulama aparılmalıdır.

Dərmanlamadan sonra əkini edilə bilən bitkilər:

Dərhal sonra: Pambıq, lobya, noxud, qarğıdalı, soya lobyası, yer fıstığı, günəbaxan

6 ay sonra: Digər bitkilər

Hərhansı bir səbəblə bitki mühafizə vasitəsinin istifadəsində tarla korlandığında;

Torpaq 15 sm işlənərək: Buğda, arpa, qarğıdalı, pambıq, pomidor, kartof, lobya, soya və noxud

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

SUNSTAR 330 EC / SUNSET KİMYA 5 lt

Qiymət: 0 AZN