MASS PLANT FORTE 20 SP / SUNSET KİMYA kq

Qiymət: 0 AZN

SUDA HƏLL OLAN TOZ (SP)
İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 20% Acetamiprid

DƏRMANIN İSTİFADƏ QAYDASI:

  • Dərmanlamalar səhər tezdən və ya axşam sərinliyində aparılmalıdır.
  • Dərmanlama aparıldıqdan sonra 6 saat ərzində yağış yağarsa dərmanlama təkrarlanmalıdır. Eyni yetişdirmə dövründə ikidən çox dərmanlama aparılmalıdır.

KARTOFDA KARTOF BÖCƏYİ: Sahəyə künclərdən daxil olaraq zərərlinin yumurta, sürfə və yetişkinləri axtarılır. Zərərliyə hər hansı bir dövrdə rast gəlinməsi sahənin yoluxmuş olmasını göstərir. Birinci nəslə qarşı dərmanlama aparılacaqsa bitkilərdə ilk yetişkin sürfələr (dördüncü dövr) görüldüyündə aparılmalıdır. İkinci nəslə qarşı dərmanlama aparılması halında isə yumurtaların tam açılması gözlənilməlidir. Bu dövrdə böcək çoxluğundan meydana gələ biləcək zərər bitki tərəfindən qarşılana bildiyindən dərmanlama aparılmasına ehtiyac olmaya bilər.

POMİDOR, BİBƏRDƏ (İstixana) TÜTÜN AĞCAQANADI: Tütün ağcaqanadı və istixana ağcaqanadı ilə yoluxmuş olan sahəyə\istixanaya künclərdən daxil olaraq 5 addımdan bir alt, orta və üst yarpaqlardan olmaqla 50 yarpaq toplanılır. Yarpaq başına 5 sürfə+pupası tapıldığında mübariəsinə başlanılır.

PÜSTƏDƏ PSİLİDİ: Həftəlik olaraq 100 yarpaqda aparılan sayımların nəticəsi olaraq yarpaq başına 20-30 nimfa görüldüyündə, yumurtaların əksəriyyəti açıldığında,ilk yetişkin parazidin çıxışı və yarpaq üstündə yapışqan təbəqə (fumajin) olmadan əvvəl dərmanlama aparılmalıdır.

ALMADA YAŞIL YARPAQ BİTİ: Veqatasiya dövründə 100 zoğdan 15-də yoluxma aşkarlanarsa dərmanlama həyata keçirilir.

PAMBIQDA YARPAQ BİTİNƏ QARŞI: Fidan dövründə seyrəltmədən sonra 50% yoluxmuş fidan, tarla dövründə isə 1 yarpaqda orta hesabla 25 yarpaq birələri sayılır. Bu şəkildə bütün sahədən toplam 100 yarpaqda yarpaq başına orta hesabla zərərli sayı tapılır. Yarpaq başına 10 birəsi tapıldığında mübarizəyə başlanılır.

PAMBIQDA TÜTÜN AĞCAQANADINA QARŞI: Ağcaqanad yoluxması nəzərə alınaraq yarpaq başına 10 sürfə+pupası
tapıldığında mübarizəyə başlanılmalıdır.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

MASS PLANT FORTE 20 SP / SUNSET KİMYA kq

Qiymət: 0 AZN