FAYDALI MƏLUMATLAR

Buğda toxumu

Buğda – Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğdanın özü otun bir növüdür, dənələri isə onun toxumlarıdır.

Azərbaycanda buğdanın bu növləri yetişdirilir: Yumşaq buğda (Triticum aestivum), Bərk buğda (Triticum durum)

Payızlıq buğda toxumları torpağa nə vaxt səpilir?

Payızlıq buğdanın səpilməsi dağlıq ərazilərdə dəniz səviyyəsindən 1000–1400 m yüksəkliklərdə sentyabrın 3-cü ongünlüyününü axırlarında başlanır. Bundan aşağı hündürlüyə malik olan  ərazilərdə səpin oktyabr ayında həyata keçirilir. Hündürlüyün azalması ilə əlaqədar olaraq səpin prosesi oktyabrın 1 və 2-ci ongünlüyün qədər uzana bilir. Respublika ərazsinin  çox böyük hissəsində payızlıq buğdanın səpini oktyabrın 25-nə qədər yekunlaşır. Bəzən müxtəlif səbəblər üzündən xüsusən düzən ərazilərdə payızlıq buğdanın  səpin kampaniyası uzanır ki, bu da  öz növbəsində cücərmə  fazasının gecikməsinə səbəb olur. Bunun ən əsas səbəbi isə düzən ərazilərdə rütubət çatışmazlığıdır.

Buğda toxumu neçə günə cücərir?

Buğda toxumunun cücərməsi 13-27 gün davam edir. Eyni zamanda düzənlik rayonlarda onun davamiyyəti daha çox olur. Belə ki, Kür-Araz ovalığında, Kiçik-Qafqazın dağətəyi hissələrində Böyük Qafqazın şimal-şərq yamacının dağətəyi hissələrində, Naxçıvanın düzən ərazilərində bu fazanın davamiyyəti 20 günə qədər olur. Payız aylarının daha soyuq keçdiyi ayrı-ayrı illərdə səpin cücərmə fazası 30-35 günə qədər davam edə bilir.

Payız ayları daha rütubətli  keçən illərdə, xüsusən səpindən əvvəl və ya səpin dövründə yağıntı düşərsə, cücərmə fazası da müvəffəqiyyətlə gedir və bitki vaxtında cücərir. Beləliklə, payızda səpinin gecikməsinin səbəbini ya həmin dövrdə atmosfer yağıntılarının az düşməsi ya da səp-suvar kimi aqrotexniki tədbirin gecikməsində və ya aparılmasında axtarmaq lazımdır.

Payızlıq buğdada kollanma nə vaxt başa çatır?

Payızlıq buğdanın kollanma fazası 50-80% hallarda payız fəslində, yəni noyabrda və ya dekabrın əvvəllərində başa çatır. Bu inkişaf fazası adətən havanın orta sutkalıq temperaturunun 30C-dən aşağı keçməsinə qədər (bu göstərici, payızlıq buğdanın bioloji minimum temperaturu hesab edilir) başa çatır.

Bəzi soyuq illərdə bu proses  qışda, bəzən isə yazın əvvəllərində başa çatır. İlk kollanma sentyabrın axırı, oktyabrın əvvəllərində təsadüf etməklə, dağlıq ərazilərdə başlayır. Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində bu faza noyabrın III ongünlüyündə Kür-Araz ovalığında isə dekabra təsadüf edir.

Buğda nə vaxt sünbüllənir, sünbüllənmə  fazası nədir?

Payızlıq buğdanın məhsuldarlığında çox mühüm rol  oynayan bu inkişaf fazası respublikanın bütün ərazisində may ayında müşahidə olunur və əvvəlki fazada olduğu kimi burada da şaquli zonallıq qanunu tamamilə gözlənilir. Sünbülləmə ilk olaraq 25 apel-5 mayda Kür-Araz ovalığında və dağətəyi maili düzənliklərdə müşahidə olunur.

25 maya qədər bu faza Kiçik Qafqazda və Böyük Qafqazın şimal yamacında 1000–1300 m hündürlüklərdə, şimal-şərq yamacda 700 m yüksəkliklərə qədər ərazilərdə, Talışda 1000  m hündürlüklərdə. Naxçıvanda isə daha yüksək ərazilərdə başa çatır. Ən hündür yerlərdə isə sünbülləmə fazası mayın III ongünlüyündə başa çatır.

Qeydiyyat

Online Sifariş Formu

Buğda toxumu