SUSPENSİYA KONSENTRATI (SC)
İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 4 g/L İmidacloprid + 704 g/L Mineral Yağ
DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
DƏRMANIN İSTİFADƏ QAYDASI:
ZEYTUNDA QARA KOŞNİLƏ QARŞI: Dərmanlama sürfələrin aktiv çıxış vaxtına görə aparılır. Aparılan yoxlamalarda 80-100 sm-lik zoğda yetişkin dişi koşnil 4-6 ədəd saya çatdığında may ayının sonlarından etibarən 50 %-nin açıldığı dövrdə birinci dərmanlama, 90 %-nin açıldığı dövrdə isə 2-ci dərmanlama aparılmalıdır. Ancaq zərərlinin 50-90 %-nin açıldığı dövrdə, bağda digər zərərlilərə (zeytun qabıqlı biti və s.) qarşı aparılan dərmanlamalar bu zərərlini təsir altına aldığı üçün bir dərmanlama kifayətdir.
ALMADA SAN-JOSE QABIQLI BİTİNƏ QARŞI: Dərmanlama birinci və ikinci nəsilə qarşı aparılır. İlk sürfə çıxışından və
bundan 20 gün sonra olmaqla iki dərmanlama aparılır.
ŞƏFTALIDA TUT QABIQLI BİTİNƏ QARŞI: Dərmanlama birinci və ikinci nəsillərə qarşı aparılır. İlk sürfə çıxışında və bundan 20 gün sonra olmaqla iki dərmanlama aparılır. Ancaq ikinci nəsildə bəzi şəftalı çeşidlərinin məhsul yığımı dövrünə düşməsi nəzərə alınmalıdır.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
DELPHİA SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 4A olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmlərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün DELPİA SC-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (4A qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
QARIŞDIRILMA ŞƏRTLƏRİ: Dərmanlama aparıldığı müddətdə digər dərmanlar ilə qarışıdılmasına ehtiyac yoxdur.