FOURMEN 70 WG / SUNSET KİMYA 1 Kq

Qiymət: 0 AZN

SUDA DAĞILA BİLƏN QRANÜL (WG)
FUNQİSİD (GÖBƏLƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 70% Thiophanate-methyl

DƏRMANIN İSTİFADƏ QAYDASI:

ALMA QARALƏKƏ: 1-ci dərmanlama çiçək gözləri qabardığında (dal sıracası olan yerlərdə 3-5 gün əvvəl), 2-ci
dərmanlama çəhrayı çiçək tumurcuğu dövründə (çiçəklər ayrı-ayrı görüldüyü zaman), 3-cü dərmanlama çiçək
ləçəkləri 70%-80%-i töküldükdə, 4-cü və digər dərmanlamalar iqlim şəraitinin xəstəliyin irəliləməsi üçün uyğun olduğu zamanlarda istifadə edilən dərmanın təsir müddəti nəzərə alınaraq aparılmalıdır.

ALMADA KİF XƏSTƏLİYİ: 1-ci dərmanlama çəhrayı çiçək tumurcuğu dövründə, 2-ci dərmanlama çiçək ləçəklərinin
60%-70%-nin töküldüyündə, 3-cü və digər dərmanlamalar xəstəlik üçün uyğun şərait davam etdiyi müddətdə
istifadə edilən dərmanın təsir müddəti nəzərə alınaraq 10 gün ara ilə aparılır.

ARMUDDA QARALƏKƏ: 1-ci dərmanlama çiçək gözləri qabardığında (dal sıracası olan yerlərdə 3-5 gün əvvəl), 2-ci
dərmanlama ağ rozet dövründə, 3-cü dərmanlama çiçək ləçəkləri 70%-80%-i töküldükdə, 4-cü və digər
dərmanlamalar istifadə edilən dərmanın təsir müddəti nəzərə alınaraq aparılmalıdır.

SƏRT TOXUMLU MEYVƏLƏRDƏ ÇİÇƏK MONİLYASI (ŞƏFTALİ, ƏRİK, ALBALI VƏ VİŞNƏ): 1-ci dərmanlama
çiçəklənmənin başlanğıcında (5%-nin 10 çiçəkdə); 2-ci dərmanlama tam çiçəklənmədə (90%-i 100 çiçəkdə)
aparılır.

YAPON ƏZGİLİNDƏ QARALƏKƏ: 1-ci dərmanlama çiçək tumurcuqları qabarmazdan əvvəl; 2-dərmanlama çiçək
tumurcuqları açılmazdan əvvəl; 3-cü dərmanla çiçək ləçəkləri tökülməsindən sonra; 4-cü və digər dərmanlamalar
3-cü dərmanlamadan məhsul yığımına 20 gün qalanadək istifadə edilən dərmanın təsir müddəti nəzərə alınaraq aparılmalıdır. Dərmanlama proqramı firma tövsiyələrinə görə dəyişə bilər. Dərmanlama sayı və tarixi qeyd edilir.

HEYVA MONİLYASI: Dərmanlamadan əvvəl bir il öncədən ağac üzərində asılı qalan mumya meyvələr
toplanılmalıdır. 1-ci dərmanlama çiçəklərin 5%-i açdığı, 2-ci dərmanlama çiçəklərin 50%-nin açdığı, 3-cü
dərmanlama tam çiçəklənmə dövründə (çiçəklərin 90%-100%-nin açdığı) aparılmalıdır.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

FOURMEN 70 WG / SUNSET KİMYA 1 Kq

Qiymət: 0 AZN