KİMSAN MALATHION 65 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN

EMULSİYA KONSENTRATI (EC)
İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 650 g/L Malathion

DƏRMANIN İSTİFADƏ QAYDASI:

QARĞIDALIDA PAMBIQ XƏTTİ YAŞIL QURDA QARŞI: Sahəni əhatə edəcək şəkildə 5 nöqtədə sırada olan yan yana
5 bitki olmaqla 25 bitki yoxlanılaraq, sürfələr sayılır. Dərmanlama orta hesabla 2 sürfə/bitki olduğunda aparılır.

PAMBIQDA PAMBIQ YARPAQ BİTİNƏ QARŞI: Sahə yoxlamalarında yarpaq biti ilə birlikdə faydalı böcəklər də çoxluq təşkil edərsə dərmalama yubadılmalıdır. Fidə dövründə seyrəltmədən sonra 50% yoluxmuş fidə, sahə dövründə isə 1 yarpaqda orta hesabla 25 yarpaq biti olduğunda dərmanlamanın aparılması tövsiyə edilir.

PAMBIQDA YARPAQ BİRƏLƏRİNƏ QARŞI: Təsadüfi seçilən bitkilərin ana gövdəsinə aid alt, orta və üst
tərəflərdən 1 yarpaq olmaqla, 25 yarpaqda yarpaq birələri sayılır. Bu şəkildə bütün sahədən 100 yarpaq başına
orta hesabla zərərli sayı müəyyən edilir. Yarpaq başına orta hesabla 10 ədəd yarpaq birəsi olduğunda
dərmanlama aparılır.

PAMBIQDA PAMBIQ XƏTTİ YARPAQ QURDUNA QARŞI: Aparılan yoxlamalarda 100 bitkidə 10 ədəd sürfə və ya
yeni açılmış 2 yumurta paketi görüldüyündə dərmanlama aparılır.

ÜZÜMDƏ SİTRUS UNLU BİTİNƏ QARŞI: Üzümdə sitrus unlu bitinə qarşı mübarizə iki dövrdə aparılır. Birinci dövr: Üzümün qabıqlarda nəm görməyə başladığı və sitrus unlu bitinin yaşıl zolağa getməyə başladığı dövrdür. Bu dövrdə üzüm təxminən noxud böyüklükdə olur və yalnız sitrus qurdu görüldüyündə dərmanlama aparılmalıdır. İkinci dövr, sitrus unlu bitinin yarpaqlara və salxımlara keçdiyi və üzüm dənələrinin şirinləşməyə başladığı dövrdür. Üzümlərin əksəriyyətində yoluxma başlayarsa dərmanlama aparılır və ixrac olunan növlərdə hər iki dövrdə dərmanlama aparıla bilər.

XAŞ-XAŞDA KÖK QURDUNA QARŞI: Mart və Aprel aylarının ortaları yetişkinlərin torpaqdan çıxdığı vaxtların çoxluq təşkil etdiyi və m²-də ən az 10 ədəd yetişkin görüldüyündə yumurta buraxmazdan əvvəl dərmanlama aparılmalıdır.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

KİMSAN MALATHION 65 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN