SİM CAPTAN 50 WP / SUNSET KİMYA kq

Qiymət: 0 AZN

İSLANA BİLƏN TOZ (WP)
FUNQİSİD (GÖBƏLƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 50% Captan

DƏRMANIN İSTİFADƏ QAYDASI:

ARMUDDA QARALƏKƏ: Dal sıracası yoxdursa 1-ci dərmanlama çiçək gözləri qabardığında, 2-ci dərmanlama çəhrayı rozet dövründə (çiçəklər ayrı-ayrı görüldüyündə), 3-cü dərmanlama çiçək ləçəkləri 70-80% töküldükdə, 4-cü və digər
dərmanlamalar iqlim şəraiti və xəstəliyin irəliləməsi uyğun olduğu dövrlərdə 8-10 gün ara ilə aparılmalıdır.

ALMA QARALƏKƏ: Dal sıracası yoxdursa 1-ci dərmanlama çiçək gözləri qabardığında, 2-ci dərmanlama çəhrayı çiçək qönçəsi dövrü (çiçəklər ayrı-ayrı görüldüyü zaman), 3-cü dərmanlama çiçək ləçəkləri 70-80% töküldükdə, 4-cü və digər dərmanlamalar iqlim şəraitinin xəstəliyin irəliləməsi üçün uyğun olduğu zamanlarda 10 gün ara ilə aparılmalıdır.

ƏRİKDƏ CİB XƏSTƏLİYİ: 1-ci dərmanlama tumurcuqların qabardığı dövrdə, 2-ci dərmanlama çiçək ləçəklərinin 80%-i
töküldüyü dövrdə aparılmalıdır.

SƏRT TOXUMLU MEYVƏLƏRDƏ ÇİÇƏK MONİLYASI (ŞƏFTALİ): 1-ci dərmanlama çiçəklənmənin başlanğıcında (5% – 10
çiçəkdə), 2-ci dərmanlama tam çiçəklənmədə (90% – 100 çiçəkdə).

ŞƏFTALIDA YARPAQ DƏLƏN (Çil): 1-ci dərmanlama payızda, yarpaq tökülməsindən dərhal sonra, 2-ci dərmanlama yazda çiçək tumurcuqları qabardığı dövrdə, çiçəklər açmadan əvvəl aparılır.

ƏRİKDƏ YARPAQ DƏLƏN: 1-ci dərmanlama payızda, yarpaq tökümündən dərhal sonra, 2-ci dərmanlama yazda çiçək
tumurcuqları açmazdan əvvəl (çəhrayı çiçək tumurcuğu dövründə), 3-cü dərmanlama meyvələrdə çanaq yarpağı və erkək orqan meyvənin ucunu sıyırarkən aparılmalıdır.

SİTRUS MEYVƏLƏRİNDƏ QƏHVƏRƏNG ÇÜRÜKLÜK VƏ GÖVDƏ XƏSTƏLİYİ:

  • Meyvədə xəstəliyə qarşı:

1-ci dərmanlama payızda yağışlar başlamazdan əvvəl aparılmalıdır, 2-ci dərmanlama havalar yağışlı olarsa 1-ci
dərmanlamadan 15 gün sonra aparılmalıdır.

  • Gövdə xəstəliyinə qarşı: Ən effektiv dərmanlama ağaclarda yaralar oktyabr, yanvar və mart aylarında aparılır.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

SİM CAPTAN 50 WP / SUNSET KİMYA kq

Qiymət: 0 AZN