RƏHBƏRLİYİN FERMƏRLƏRİMİZƏ MÜRACİƏTİ

Hörmətli Fermerlər,

Hazırda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib. Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı işlər görülür, bu sahəyə dövlət dəstəyi gücləndirilir. Dövlət dəstəyi nəticəsində yaranmış münbit biznes mühiti nəticəsində Agroline AZ MMC şirkəti yaranmışdır.

Əsas məqsədimiz fermərlərin əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmələrini təmin etməkdir.

Agroline AZ MMC kollektivi aqrar sahənin inkişafı üçün qarşısına qoyduğu vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir.

Qədir Məmmədov

Qeydiyyat

Online Sifariş Formu

Rəhbərliyin Fermərlərimizə müraciəti