Bitkilərin böyüməsi və məhsuldarlığı üçün azot çox önəmli komponentdir. Ən məşhur azot gübrələrindən biri də Karbamiddir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən Karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur.
Karbamid:
- Bitkilərin böyüməsini tənzimləyir və məhsuldarlığın artımı üçün lazım olan azotla təmin edir
- Taxılların becərilməsində Karbamidin istifadəsi zamanı taxıl məhsullarında zülalın və qlütenin miqdarı artır
- Proteinin və xlorofilin əmələ gəlməsinə kömək edir
- Torpaqdan bəzi qida maddələrinin bitki tərəfindən asanlıqla mənimsənilməsinə kömək edir
- Tətbiq qaydaları
- Torpağa Karbamid verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.
Təhlükəsizlik qaydaları
Karbamid təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Karbamid paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Karbamidi +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.
Karbamidi istifadə edərkən vacibdir:
- Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
- Havakeçirməz torbalarda saxlamaq