SUDA HƏLL OLAN KONSENTRAT (SL)
HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 480 g/L Glyphosate Isopropylamin Duzu
DƏRMANIN HAZIRLANMASI VƏ İSTİFADƏ ŞƏKLİ:
Əvvəlcə dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur və sonra lazımi miqdarda dərmanayrı bir qabda su ilə çoxaldaraq yaxşı qarışdırılır. Qarışım alətin çəninə tökülür və lazımi miqdarda su alətin çəninə əlavə edilir. Yaxşı qarışdırılaraq yabanı otlara püskürtülür. Ən yaxşı nəticə yabanı otların aktiv olaraq böyüdüyü zamanda əldə edilir. Dərman mədəni bitkilərin yaşıl axşamına və 4 yaşından kiçik fidanların gövdələrində istifadə edilməməlidir.
SUNFORCE 48 SL sistemli təsirli bir dərman olduğundan dərmanın otlara təsir edə bilməsi üçün dərmanlamadan sonra ən az 4-5 gün keçmədən yabanı otları zədələyəcək torpaq işi aparılmamalıdır.
Hektara istifadə ediləcək ideal su miqdarı 200-400 litrdir, traktorla çəkilən pulverizatorla istifadə edilərək və dərmanlama alətini aşağı təzyiqdə çalışdıraraq yaxşı nəticə əldə edilir. Çox küləkli hava şəraitində və yüksək təzyiqli alətlərlə dərmanlama aparılmamalıdır.