KATSUMİ 24 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN

EMULSİYA KONSENTRAT (EC)
HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 240 g/L Clodinafop-propargyl + 60 g/L Cloquintocet-mexyl (Safaner)

DƏRMANIN İSTİFADƏ QAYDASI:

KATSUMİ 24 EC, buğda və yabanı otlar çıxdıqdan sonra (post-em); buğdanın 3 yarpaqlı dövründən qardaşlanma dövrünün sonuna qədər hər hansı bir zamanda istifadə edilə bilər. KATSUMİ 24 EC-dən ın yaxşı nəticə yabanı otların çoxunun çıxdığı illik və rütubətli şərtlərdə aktiv olaraq böyüdükləri dövrdə tətbiq edildiyində əldə edilir.

KATSUMİ 24 EC-nin qalıcı təsiri olmadığından, dərmanın istifadəsindən sonra çıxan dar yarpaqlı yabanı otlara təsir etməz. Dərmanlamanı 2 saat ərzində yağış gözlənilən hallarda dərmanlama aparılmamalıdır. Tövsiyyə edilən dövr və dozada istifadə edildiyində buğda tərəfindən çox yaxşı qəbul edilir. Buğdadan başqa bitkilərdə istifadə edilməsi tövsiyə edilmir.

Torpaqda qısa müddətdə yaxşı qarışdığı üçün, torpaqda təsiri azdır. Bu səbəbdən alternativliyə heç bir məhdudiyyət yoxdur.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:

KATSUMİ 24 EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup A;1 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün KATSUMİ 24 EC-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (A;1 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:

Dar yarpaqlı yabanı otlarla yanaşı geniş yarpaqlı otlarda istifadə edildikdə Triassulfuron + Terbutryn tərkibli bitki mühafizə vasitələri ilə qarışdırılaraq istifadə edilə bilər. KATSUMİ 24 EC sulfonylurea tərkibli bitki mühafizə vasitəsi ilə qarışım halında istifadə edilməməlidir. Buğda funqisidləri ilə birlikdə istifadə edilə bilər.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

KATSUMİ 24 EC / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN