EMULSİYA KONSENTRATI (EC)
İNSEKTİSİD – AKARSİD (BÖCƏK VƏ QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 18 g/L Abamec
DƏRMANIN İSTİFADƏ QAYDASI:
DEKORATİV BİTKİLƏR – YARPAQ QALERİ AĞCAQƏNƏDİ: İlk qalaeri əlamətləri görüldüyündə dərmanlama aparılır.
Ehtiyac olarsa dərmanlama təkrarlanır. İki dərmanlama arasında ın azı 7 gün müddət olmalıdır.
PAMBIQ – QIRMIZI HÖRÜMÇƏK: Zərərlilər ilə mübarizə zamanın təyin edilməsi üçün bitkilər 4-6 yarpaqlı olduğu
zaman nəzarət edilir. Zərərlilər yalnız sahə kənarında və ya lokal olaraq sahənin bir yerindədirsə yalnız həmin
sahələr dərmanlanmalıdır. Yarpaq başına orta hesabla 5-10 ədəd canlı qırmızı hörümçək görüldüyündə
dərmanlama aparılmalıdır.
ARMUD-ARMUD PSİLİDİ: Qışlayan yetişkin nəsillərdən qalan yumurtaların demək olar ki, hamısı açıldıqda ikinci və üçüncü dövrdə nimfalar görüldüyündə, o zoğ yoluxmuş hesab edilir.
POMİDOR, BİBƏR, XİYAR, BADIMCAN – QIRMIZI HÖRÜMÇƏKLƏR: Pomidor, xiyar və badımcan bitkisində yarpaq
başına 3-5 ədəd, bibərdə 1-3 ədəd canlı qırmızı hörümcək görüldüyündə dərmanlama aparılmalıdır.
ÇİYƏLƏK – QIRMIZI HÖRÜMÇƏK: Erkən dövrdə tətbiqi: Yoluxmuş çiyələk tarlalarında, çiçək və yaşıl meyvə
dövründə (ilk yetişmiş meyvələr görülməmişdən əvvəl) qırmızı hörümçəklər görüldüyündə dərmanlama aparılır. Erkən dövr dərmanlamanın aparılması meyvələrdə iz qoymaması baxımından etibarlıdır.
Mövsümi Tətbiqetmə: Erkən dövrdə dərmanlama aparılmadıqda, mövsümün əvvəlində (marn sonu – aprelin
əvvəlində) açıq yerdə yetişən çiyələk 3-5 gün aralıqlarla yoxlanılır. Qırmızı hörümçəklər çiyələkdə mövsümün əvvəlində ətrafındakı bitkilərdə görülür. Əvvəlcə nu nitkilərin yoxlanılması və dərmanlanması kifayətdir. Yoluxmanın yayılması halında bitkilərin orta və alt tərəflərində ən azı 50 yarpaq yoxlanılır. Yarpaq başına 15 və daha artıq qırmızı hörümçək tapıldığında dərmanlama aparılmasına qərar verilir. Meyvə toplanmasından dərhal sonra dərmanlama aparılır. Son dərmanlama və məhsul yığımı arasındakı vaxta diqqət edilməlidir.