MELTEMİ 72 WP / SUNSET KİMYA 0.8 Kq

Qiymət: 0 AZN

İSLANA BİLƏN TOZ (WP)
FUNQİSİD (GÖBƏLƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 64% Mancozeb + 8% Metalaxyl

DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMA ŞƏKLİ:

Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlananadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:

Dərmanlamağa başlamadan öncə dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlama alətinin çəninə əraziyə uyğun müəyyən edilmiş miqdarda su tökülməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:

Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini işlədən bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:

ÜZÜMDƏ MİLDİYÖ:

İlk dərmanlama zoğun boyu 25-30 sm uzunluqda olduğunda aparılmalıdır. İkinci və sonrakı dərmanlamalar 1-ci
dərmanlamanın təsir müddəti və xəstəliyin inkişaf halı, metereoloji amillər nəzərə alınaraq 10-15 gün ara ilə aparılır.

XİYARDA BALQABAQKİMİLƏRDƏ MİLDİYÖ: Bitkilər kol atmağa başlayanda və ya kifin ilk əlaməti ilə başlayanda dərmanlama aparılır və xəstəliyin şiddətindən asılı olaraq 7-10 gün aralıqlarla davam etdikdə davam etdirilir. Dərmanlama bitkinin hər tərəfini, xüsusən də yarpaq altını örtəcək şəkildə edilməlidir.

KARTOFDA MİLDİYÖ: Xəstəliyin başlaması üçün yüksək rütubət, iqlim şəraiti olduqda və ya ətrafda ilk xəstəlik əlamətləri aşkarlandıqda dərmanlama aparılmağa başlanılır və xəstəliyin şiddətinə görə 10 gün aralıqlarla dərmanlama təkrarlanır.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:

MELTEMİ 72 WP bitki mühafizə vasitəsi təsir mexanizminə görə qrup M3; A1,4 olaraq sinifləndirilmiş bir funqisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar dərmanlama və müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını gecikdirmək MELTEMİ 72 WP ilə eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (M3; A1,4 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:

Qeyd olunan bitkilərdə istifadə olunan funqisid, insektisid, akarisid və bitki qidalandırıcı preparatlarının əksəriyyəti ilə qarışdırıla bilər. Tərəddüd halında olan ön sınaq yoxlamaları həyata keçirilməlidir.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

MELTEMİ 72 WP / SUNSET KİMYA 0.8 Kq

Qiymət: 0 AZN