SUSPENSİYA KONSENTRATI (SC)
AKARSİD (QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 110 g/L Etoxazole
DƏRMANIN İSTİFADƏ QAYDASI:
XÜSUSİYYƏTLƏRİ: Əlaqəli təsirə malik akarisiddir. Qırmızı hörümcəklərin yumurta, sürfə və nimfalarının
böyüməsinin qarşısını alır. Yetişkinlərə qarşı effektiv təsir göstərmir. Bununla birgə dırmanlamadan 3-5 gün sonra müəyyəm təsir göstərməyə başlayır və 1 ay ərzində təsir gücünü qoruyub saxlaya bilir.
ALMA – AVROPA QIRMIZI HÖRÜMÇƏYİ: May ayından başlayaraq 100 yarpaqda mütəmadi olaraq aparılan sayımlarda
yarpaq başına orta hesabla 8-10 ədəd canlı görüldüyündə dərmanlama aparılmalıdır.
POMİDOR, XİYAR və BİBƏR – QIRMIZI HÖRÜMÇƏKLƏR: Pomidor və xiyarda yarpaq başına orta hesabla 3-5 ədəd,
bibərdə 1-3 ədəd canlı qırmızı hörümçək görüldüyündə dərmanlama aparılır.
PAMBIQ – QIRMIZI HÖRÜMÇƏKLƏR: Mübarizə zamanın müəyyən edilməsi üçün bitkilər 4-6 yarpaqlı olarkən
yoxlamalar aparılmalıdır. Zərərli yalnız tarla kənarında və ya içində lokal olaraq yerləşərsə sadəcə bu bölgələr
dərmanlamalıdır.
QARPIZ – İKİ NÖQTƏLİ QIRMIZI HÖRÜMÇƏKLƏR: Tərəvəz bağlarında çiçəklənmə dövründə əraziyə künclərdən çarpaz
daxil olaraq ilk sayımlar aparılır. 3-5 addımdan bir, bitkinin dib və orta yarpaqlarında qırmızı hörümçək nimfa və
yetişkinlərinin sayı aparılır. Yarpaqlar üzərində canlı qırmızı hörümçəklər lupa ilə sayılır və qeyd edilir. Toplam qırmızı hörümçək sayı sayılan yarpaq ədədinə bölünür. Bir yarpağa düşən canlı qırmızı hörümçək sayı tapılır. Yarpaq başına 5 ədəd canlı qırmızı hörümçək tapıldığında mübarizəyə qərar verilir.
ÜZÜM – İKİ NÖQTƏLİ QIRMIZI HÖRÜMÇƏKLƏR: Xəstəliyin yayıldığı üzüm sahələri nəzarət alında saxlanılmalıdır, bir
yarpaqda 5-8 ədəd zərərli tapıldığında kimyəvi mübarizə tövsiyə edilir. Birinci dərmanlamada istifadə edilən dərmanın təsir müddəti bitməsindən etibarən aparılan sayımlarda, zərərli çoxluğu artarsa ikinci dərmanlama aparılır. Məhsul yığımından əvvəl aparılan dərmanlamalarda istifadə edilən akarsidin gözləmə müddəti nəzərə alınaraq dərmanlama aparılması dayandırıldılır. Zərər davam edərsə məhsul yığımından sonra dərmanlama aparıla bilər.