SUDA DAĞILABİLƏN GRANÜL (WG)
FUNQİSİD – AKARSİD (GÖBƏLƏK VƏ QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 80% Kükürd
DƏRMANIN İSTİFADƏ QAYDASI:
ÜZÜMDƏ KİF: 1-ci dərmanlama: çiçəkdən əvvəl zoğlar 25-30-sm olduğu dövrdə, 2-ci dərmanlama: Çiçəklənmədən əvvəl çiçək tumurcuqlarının ayrıldığı dövrdə, 3-cü dərmanlama: Çiçək ləçəklərinin töküldüyü dövrdə, 4-cü və digər
dərmanlamalar: 3-cü dərmanlamadan sonra istifadə olunan dərmanın təsir müddətinə görə təyin edilir.
ÜZÜM FIR GƏNƏCİYİ: Üzüm kifinə qarşı istifadə olunan bitki mühafizə vasitəsi bu zərərlini idarəsi altında aldığından üzüm fır gənəciyinə qarşı xüsusi bir dərmanlama etməyə ehtiyac olmur.
ALMADA KIF: 1-ci dərmanlama: Çəhrayı çiçək tumurcuğu dövründə, 2-ci dərmanlama: Çiçək ləçəklərinin 60-70%-nin
töküldüyü dövrdə, 3-cü və digər dərmanlamalar: xəstəlik üçün uyğun şərait davam etdiyi dövrdə istifadə edilən dərmanın təsir müddəti diqqətə alınaraq 10 gün ara ilə dərmanlamalar aparılır.
ŞAFTALIDA KİF: 1-ci dərmanlama: Əvvəlki illərdə xəstəliyin intensivliyinə görə təyin olunmalıdır. Xəstəlik bağda ilk dəfə
baş verirsə əlamətlər görüldüyü anda dərmanlama aparılır. Əgər xəstəlik əvvəlki illərdə olubsa, budamadan sonra
ağaclarda xəstə zoğların nisbəti 3%-ə çatırsa, ilk əlamətlər görünməzdən əvvəl dərmanlama aparılır (yəni əvvəlki illərdə xəstəliyin görüldüyü tarixindən ən az 5-8 gün əvvəl və ya zoğlar 20 sm olduqda). 2-ci və digər dərmanlamalar: Bitkinin inkişafında istifadə olunan dərmanın təsir müddəti nəzərə alınaraq yoluxma şəraiti aradan qalxanadək 8-12 gün ara ilə dərmanlama davam etdirilir.
GÜLDƏ KİF: Yarpaq və tumurcuq meydana gəlməyə başlayanda ilk dərmanlama aparılır. Dərmanlama səhər sərin,
küləksiz və yağışsız havalarda aparılmalıdır və bitkinin üstü dərmanlamalıdır. İstifadə olunan dərmanın təsir müddəti və xəstəliyin inkişafına görə dərmanlama aparılır.
BEQONYADA KİF: Yarpaqlar üzərində ilk əlamətlər görüldüyündə dərmanlama aparılır. Bir həftə ara ilə dərmanlama
təkrarlanır.
XİYAR, QARPIZ BALQABAQKİMİLƏRDƏ KİF: İlk xəstəlik əlamətləri görüldüyündə dərmanlama başlanılır. Xəstəliyin
şiddəti iqlim şəraiti və dərmanın təsir müdəti nəzərə alınaraq dərmanlama davam etdirilməlidir. Günlük orta istiliyin 27⁰C-dən yuxarı və nisbi rütubətin 50%-dən aşağı olduğu zamanlarda dərmanlama aparılmasına ara verilməlidir.