ZEY-BACK / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN

SUDA HƏLL OLAN KONSENTRAT (SL)
BİTKİ İNKİŞAFINI TƏNZİMLƏYƏN)
TƏSİREDİCİ MADDƏSİ: 50 g/L Mepiquat chloride

DƏRMANIN İSTİFADƏ QAYDASI:

PAMBIQDA İSTİFADƏSİ: Pambıqda arzu edilməyən artıq böyümənin qarşısını alar və inkişafı normallaşdırar. Pambıq sahələrində yabanı ot və zərərvericilər ilə mübarizə zamanı istifadə edilməlidir.

Bitkinin normal gübrə ehtiyacları qarşılanmalıdır, normal suvarma nizamına əməl edilməlidir. Tünd-yaşıl yarpaq rəngi, düyünlərin qısalması ilə daha güclü bir bitkiyə çevrilir. Beləliklə sıra araları daha gec bağlanır. Günəş şüaları bitkiyə daha yaxşı nüfuz edər və alt budaqlardakı qozalara qədər çatar. Bitkinin alt hissələrində hava axını daha yaxşı sirkulasiya edər və bu səbəblə də qozaların çürüməsi önəmli dərəcədə azalar. Zərərvericilərə nəzarət və mübarizə daha asan və təsirli olaraq yerinə yetirilə bilər. Daha az daraq və alma tökülməsi və daha iri qozalar, qozların daha erkən yetişməsi və daha tez məhsul yığımına səbəb olur.

Ən uyğun istifadə zamanı çiçəklənmənin başlanğıcı və növbəti 2 həftəlik müddətdir. Yuxarıda göstərilən dərmanlama zamanı sulama imkanlarına görə 3-5 gün əvvələ və sonraya dəyişdirilər bilər. Ümumi olaraq 1 dəfədə və 1 L/ha dozada (normada) istifadə olunur, istifadə olunan sahədə anormal dərəcə vegetativ bir inkişaf olarsa, birinci dərmanlamadan 3-4 həftə sonra 0,5 L/ha dozada ikinci dərmanlama edilməsi tövsiyə edilir.

HİSSƏLİ İSTİFADƏ: Yüksək dozada bir dəfədə istifadə edilməsinin yerinə bu dozanın 3-ə və 4-ə bölünərək pambığın daraq dövründən etibarən aşağı dozalarda istifadəsi də mümkündür. Beləliklə daraq başlanğıcından etibarən bitkini nəzarət altına alır və daraq tökülməsini azaldır. Hissəli istifadə nəticəsində sulama imkanı məhdudiyyətli və ya plansız olan və ya çox boylanmayan pambıqlarda da istifadə edilə bilər və bitkiyə təsir faydalardan istifadə edilə bilər.

Hissəli istifadə zamanı dozalar aşağıdakı kimidir:

  • 1-ci dərmanlama 0,25 L/ha (daraq başlanğıcı)
  • 2-ci dərmanlama 0,25-0,5 L/ha (1-ci suvarmanın əvvəlində və ya inkişaf zəif isə suvarmadan sonra)
  • 3-cü dərmanlama 0,25-0,5 L/ha (2-ci dərmanlamadan 7-14 gün sonra və ya 2-ci suvarma dövründə)
  • 4-cü dərmanlama 0,25 L/ha (Pambıqda böyümə davam edirsə istifadə edilməlidir)

Yer alətləri ilə hər hektara ən az 200 L su istifadə edilməlidir və dərmanlama zamanı zərərvericilərə qarşı dərmanlama zamanına təsadüf edirsə, zərəvericilər qarşı dərmanlarla istifadə edilə bilər.

SOĞAN VƏ SARMISAQDA İSTİFADƏSİ: Soğan və sarmısaqda məhsuldarlığı artırar. Toxumdan baş soğan yetişdirilirsə ən uyğun istifadə zamanı əkindən təqribi olaraq 3-3,5 ay sonradır. Bu dövrdə soğan adətən 4-5 yarpaqlı olub, 20-25 sm boyunda olur və baş bağlamağa başlayır. Arpacıqdan baş soğan yetişdirilirsə, dərmanın istifadə zamanı əkindən təqribi olaraq 2,5 ay sonradır. Bu dərmanın sarımsaqda istifadəsi arpacıq soğanında olduğu kimidir. İstər soğanda, istərsə də sarımsaqda diqqət ediləcək məqam dərmanın baş bağlama prosesinin əvvəlində istifadə olunmasıdır.

YERFISTIĞINDA İSTİFADƏSİ: Yer fındığında məhsuldarlığı artırar. Təcrübələr sübut edir ki, məhsuldarlıq 25-30% artım göstərir. Yer fındığında çiçəklənmənin başlanğıcı ilə çiçək dövrü arasında istifadə edilə bilər. Ən yaxşı nəticə tam çiçəklənmə dövründə aparılan dərmanlamalardan alınmışdır. Yer fındığında bir dəfədə və 1,5 L/ha dozada istifadə edilir.

QARIŞDIRILMA ŞƏRTLƏRİ: Digər dərmanlarla qarışdırılaraq istifadə edilməsi tövsiyə edilmir.

Qeydiyyat

Qiymət: 0 AZN

Online Sifariş Formu

ZEY-BACK / SUNSET KİMYA 1 lt

Qiymət: 0 AZN