SUDA HƏLL OLAN QRANUL (SG)
İNSEKTİSİD (BÖCƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 5% Emamectin Benzoate
DƏRMANIN İSTİFADƏ QAYDASI:
BİBƏR (İSTİXANA) PAMBIQ YARPAQ QURDUNA QARŞI: Sahəyə künclərdən daxil olaraq, 100 bitkidə 1-2 yeni açılmış yumurta paketi və ya 4-5 sürfə görüldüyündə zərərliyə mübarizəyə başlanılmalıdır. Dərmanlamalar sürfələr yarpaq üzərindən dağılmadan əvvəl başladıqda daha yaxşı nəticə əldə edilir.
POMİDOR (İSTİXANA) YAŞIL QURDA QARŞI: Sahəyə künclərdən daxil olaraq, 50-100 bitki yoxlanılaraq, bitkinin çiçək, yarpaq, meyvə və zoğlarında yumurta və sürfə axtarılır. 100 bitkinin 5 ədədi yoluxduğu halda dərmanlama tətbiq edilməlidir.
ÜZÜM SALXIM GÜVƏSİNƏ QARŞI: Salxım güvəsinə qarşı ediləcək dərmanlama təxmin və xəbərdarlıq sisteminə görə təyin olunur. Dərmanlama üçün tələlərin içində tutulan kəpənəklərin sayı zirvəyə çatmalı və düşməyə başlamalı, effektiv istiiyin cəmi 1-ci nəsildə 120 gün dərəcə, axşamüstü istiliyi iki gün ardıcıl 15⁰C və yuxarı olmalıdır, bu vəziyyət növbəti günlərdə davam etməlidir. Effektiv istilik cəmi 2-ci nəsildə 520 gün-dərəcə, 3-cü nəsildə 1047 gün-dərəcəyə çatdırılmalıdır, asma fenologiyası 1-ci nəsildə çiçək tumurcuğu, 2-ci nəsildə şirinləşmənin başlanğıc dövründə olmalıdır. İlk sürfə çıxışı görüldüyündə dərmanın tətbiq edilməsinə qərar verilir. Hər nəslə bir dərmanlama tətbiq edilir.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
RANEB 5 SG adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 6 olaraq sinifləşdirilmiş bir insektisiddir. Eyni təsir mexanizmlərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün RANEB 5 SG-ni eyni məhsul sezonu dövründə tövsiyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (6-cı qrup xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
QARIŞDIRILMA ŞƏRTLƏRİ:
RANEB 5 SG bitki mühafizə vasitəsini digər dərmanlarla qarışdırıb istifadə etməyin.